Balakəndə - “El-Pera” restoranında xüsusi karantin rejimi qaydalarına zidd olaraq toy mərasiminin keçirildiyi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 50 nəfərə yaxın qonağın iştirakı ilə keçirilən toy məclisi dayandırılıb.
Sanitar-karantin qaydalarını pozan restoranın sahibi, xidmət personalı, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Həmçinin, barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunan obyekt sahibi Rauf Muradova ciddi xəbərdarlıq edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.