İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.
AzadMedia.az xəbər verir ki, Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, nümayəndə heyətinin üzvləri daha öncə işğaldan azad olunan Ağdam rayonunda olublar, orada Cümə məscidini ziyarət edib və namaz qılıblar.
Gəncə şəhərinə səfərin məqsədi II Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.