Nazirlər kabineti "Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondundan transfert büdcə gəlirlərinin təsnifatına daxil edilib.
Bundan başqa, qərarda deyilir ki, bu gəlirlər faizlərdən, dividendlərdən, dövlət mülkiyyətində olan müəssisələrin mənfəətindən ayırmalardan, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar, Azərbaycan Dövlət Neft Fondundan daxilolmalar, sığorta təşkilatlarından ayırmalar, icarə haqqı, sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar və Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert üzrə daxilolmalardan ibarətdir.
Sərbəst qalıq vəsaitlərinin idarə edilməsindən daxilolmalar dedikdə, sərbəst qalıq vəsaitlərinin idarə edilməsi və ya etibarlı idarəetməyə verilməsindən dövlət büdcəsinə daxil olan vəsaitlər nəzərdə tutulur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert dedikdə, dövlət borcuna xidmət xərclərinin müvafiq büdcə ili üçün dövlət büdcəsində nəzərdə tutulandan artıq olan hissəsinin və dövlət zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondu kimi yaradılan Təminat Fondundan daxilolmalar nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.