AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Adım Ələsgərdir, Göyçə mahalım!"

  • + A
  • - A
  • 19-04-2021, 16:50


    Adım Ələsgərdir, Göyçə mahalım!

    AzadMedia.az xəbər verir ki, 18 aprel tarixində Ermənistandan olan Azərbaycanlı Qaçqınlar İB-nin təşkilatçılığı və "Azərbaycan
    Mədəniyyəti" sosial platformasının dəstəyi ilə "Adım Ələsgərdir, Göyçə mahalım!" adlı online bədii
    konfrans keçirilib.

    Belə ki, konfransda Aşıq Ələsgər nəslinin layiqli nümayəndəsi Xətai Ələsgərli, gənc aşıqlar, şairlər, söz-sənət ustadları, o cümlədən Qardaş Türkiyənin ziyalıları iştirak etmişlər. Tədbirdə gənc nəslin nümayəndələri saz musiqisinin müşaiyəti ilə Dədə Ələsgərin bədii irsindən nümunələr söyləyiblər. Konfrans tədbir iştirakçıları tərəfindən çox böyük maraqla qarşılanıb və belə tədbirlərin tezliklə qədim Azərbaycan torpaqları olan İrəvanda, Göyçədə, Zəngəzurda keçirilməsi arzulanıb.

    Qeyd edək ki, tədbirin təşkilatçısı Ermənistandan olan Azərbaycanlı Qaçqınlar İB Günay Vəlizadənin rəhbərliyi altında 2020-ci ilin fevral ayından fəaliyyətdədir və beynəlxalq əməkdaşlıq çərçivəsində Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının müdafiəsi məqsədilə addımlar atır.

    Tədbirin ərsəyə gəlməsində dəstək olan, Nicat Müslümovun rəhbərlik etdiyi "Azərbaycan Mədəniyyəti" sosial platforması isə 4 ildir ki, davam edən fəaliyyəti ərzində aktiv şəkildə Azərbaycan mədəniyyəti və musiqisinin təbliğatı ilə məşğuldur.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR