AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var

  • + A
  • - A
  • 24-04-2021, 21:13


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Gözlənilən ədalətsizlik baş verdi. Təəssüf ki, ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

    Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib. Bu fikri qəbul etməyən
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.
    Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib. İnanmaq istərdik ki, özünü "demokratiya beşiyi" adlandıran ABŞ Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa razı salacaq, o zaman "soyqırım" kəlməsini işlətməklə Bayden nə qədər yanlış addım atdığınıa özü də şahid olacaq. Azərbaycan hər zamankı kimi Türkiyənin yanındadır. Erməni lobbisinin təsiri, bəlkə də təzyiqi altında işlənən "soyqırım" ittihamını düzgün hanaşma hesab etmirik. Tarixi dəyişmək olmaz. Ədalətin bərqərar olunması üçün zaman lazımdır. Biz o zamanı gözləyək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR