AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ekspertdən təklif: “Tədris ili uzadılmalıdır” - VİDEO

  • + A
  • - A
  • 12-05-2021, 13:10



    “Bu il tədris ilinin bir ay və ya ay yarım uzadılması müzakirə edilməlidir”.

    Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında təhsil eksperti Şəmil Sadiq deyib. O bildirib ki, artıq bəzi ölkələrdə tədris ilinin uzadılması barədə müzakirələr başlayıb:

    “Şagirdlərin təhsil səviyyəsində geriləmə var. Onlayn dərslərdə sıxıntılar yaşanır. Distant tədris nə qədər effektiv olsa da, ənənəvi dərslərlə müqayisədə şagirdlərin mənimsəmə səviyyəsi xeyli aşağıdır. Hesab edirəm ki, yay məktəbində geridə qalan, mənimsənilməsində problem olan mövzular yenidən keçirilə bilər. Hibrid dərslərə başlayırıqsa, iyunun 14-dən iyulun 15-dək tədris ilinin uzadılmasına niyə getməyək?”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR