AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bütöv Azərbaycan və Heydər Əliyev irsi” mövzusunda onlayn konfrans keçirilib

  • + A
  • - A
  • 12-05-2021, 17:17


    AzadMedia.az xəbər verir ki, 10 may 2021-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan Mədəniyyəti” sosial platformasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə “Bütöv Azərbaycan və Heydər Əliyev irsi” mövzusunda onlayn konfrans keçirilib.

    Onlayn konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Nərminə Yunusova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov, Pakistan numayəndəsi Musavar Hemeed Tanoli, Ağsu Heydər Əliyev Mərkəzinin Təsərrüfat müdiri Tuqay Əliyev, Gədəbəy rayon Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Anar Məmmədov, “Ermənistandan olan Azərbaycanlı Qaçqınlar” İctimai Birliyinin sədri Günay Vəlizadə, İctimai Birliyin Təşkilat Komitəsinin rəhbəri Amin Məmmədov, “Azərbaycan Mədəniyyəti” sosial platformasının rəhbəri Ümidə Rəhimova, “AZ GRANATA” MMC-nin Marketinq şöbəsinin müdiri Fariz İsmayılov və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülvi Günəşli, “Azərbaycan Mədəniyyəti” sosial platformasının mətbuat rəhbəri Fidan Oruc Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi, tarixçi Rasim Rzaxanov, 2015-ci il Muğam Müsabiqəsinin diplomatı, “Azərbaycan Mədəniyyəti” sosial platformasının muğam ifaçısı Ülkər Orucova, tar ifaçısı Tərlan İsgəndərov və fəal gənclər iştirak etmişlər.

    Konfransda çıxış edən natiqlər qeyd etdilər ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Keçən əsrin 30 ili Azərbaycan tarixi üçün Heydər Əliyev dövrü olub. Ulu Öndər Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Ümummilli Lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və Ulu Öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

    Sonda 2015-ci il Muğam Müsabiqəsinin diplomatı, “Azərbaycan Mədəniyyəti” sosial platformasının muğam ifaçısı Ülkər Orucova və tar ifaçısı Tərlan İsgəndərov milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam ifaları ilə iştirakçılarda xoş əhval-ruhiyyə yaratdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR