AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalı bayramı daha möhtəşəm etdi

  • + A
  • - A
  • 13-05-2021, 02:31


    Məşhur Məmmədov,
    Milli Məclisin delutatı

    Bu gün bütün müsəlman dünyası müqəddəs Ramazan bayramını qeyd edir. Əbəs yerə bu aya ayların sultanı demirlər. Çünki bu ay Allah insana daha yaxın olur, sevimli bəndələrini muradına daha tez çatdırır. Azərbaycan xalqı da bütün dünya müsəlmanları kimi Ramazan Bayramını qeyd edir. Xalqımızı digər müsəlmanlardan fərqləndirən cəhət builki bayramın möhtəşəmliyidir. 29 ildən sonra ilk dəfə bayram namazı Şuşada qılınır. Bundan gözəl, bundan möhtəşəm xəbər ola bilərmi? Şuşa üçün canından keçən Şəhidlərimizin ruhu şad olsun!

    Ramazanın son günü Şuşada keçirilən Xarıbülbül Musiqi Festivalı, Cıdır düzündə əks-səda verən Azərbaycan musiqiləri xalqın bayram sevincinə rəng qatdı. Müqəddəs Ramazan ayının son iftar gecəsində Şuşadakı atəşfəşanlıq xüsusi qürurlu anlar yaşatdı xalqıma.
    Musiqi festivalı, Şuşada qılınan Bayram namazı yaddaşımızda əbədi yer tutacaq, qürurla xatırlanacaq hadisələrdir. Bu baş verənlər həm də dünyaya bir mesajdır. Bütün dünya şahid oldu ki, Azərbaycan xalqı vətənə, torpağa, dinə bağlı, zəngin mədəniyyətə, incəsənə mənsub müdrik xalqdır. Bu da təsadüfi deyil, çünki xalqa rəhbərlik edən cənab Prezident İlham Əliyev müdrik, uzaqgörən siyasətçi, xalqın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.

    Əziz xalqım, əziz seçicilərim! Ramazan ayının sonuna gəldik.

    Allah sevgisi hamınıza güc verdi, səbr verdi 1 ay oruc tutmağa. Hamınızı Ramazan bayramı münasibətilə təbrik edirəm. Allah tutduğunuz orucları, verdiyiniz ehsanları qəbul eləsin!

    Bayramınız mübarək!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR