Azadmedia.az xəbər verir ki, Misir hökuməti Süveyş kanalının genişləndirilməsi və dərinləşdirilməsi işlərinə başlayıb.
Belə ki, bu məlumatı Misir Prezident Administrasiyasının rəhbəri Üsamə Rəbiyə yayıb.
Bildirilib ki, kanalın genişləndirilməsi onun tam ikitərəfli olmasını təmin etmək məqsədini daşıyır. Genişləndirmə işlərinin, xüsusilə, mart ayında “Ever Given” gəmisi ilə bağlı insidentin yaşandığı bölgədə aparıldığı qeyd edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.