Azadmedia.az xəbər verir ki, Ermənistanın eks-prezidenti Serj Sərkisyan parlament seçkisində iştirakdan imtina edib.
Belə ki, bunu Sərkisyanın özü deyib. O, Vətən Partiyası ilə birgə yaratdıqları blokun seçki siyahısında adının olmayacağını bildirib:
“Siyahıda olmamaq seçkidə iştirak etməmək deyil. Siyahıya rəhbərlik edənlər yüksək vəzifələrə iddia edirlər, mən isə artıq demişəm ki, vəzifədə olmayacağam. Məsləhətlərlə kömək edəcəyəm. Mən dövlət xidmətini bitirdiyimi düşünürəm”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.