AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bazar günü olsa da, ictimai nəqliyyat işləyəcək

  • + A
  • - A
  • 16-05-2021, 00:30


    Məlum olduğu kimi, Nazirlər Kabinetinin 19 aprel 2021-ci il tarixli müvafiq qərarına əsasən, 12 may iş günü ilə 16 may istirahət gününün yerləri dəyişdirilib.

    Azadmedia.az xəbər verir ki, həmin qərarda da qeyd olunduğu kimi 16 may səhər saat 06:00-dan ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.
    Belə ki, bu gün saat 06:00-dan etibarən müntəzəm və ekspres marşrut xətləri üzrə avtobuslar sərnişinlərin xidmətində olacaq.

    Qeyd edək ki, Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri idi. İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirimişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR