2021-ci il oktyabrın 5-7-də Bakıda 8-ci Xəzər Texniki Konfransı keçiriləcək.
Azadmedia.az bu barədə Neft-Qaz Sənayesi Mühəndisləri Cəmiyyətinə (SPE) istinadən məlumat verir.
Builki konfransına mövzusu "Yeni reallıqlara uyğunlaşma - səmərəlilik və məhsuldarlığıın maksimum artırılması" olacaq.
Konfrans zamanı "Yeni texnologiyalar və rəqəmsallaşma vasitəsilə dəyərlərin açılması", "Mürəkkəb bazarda istedadların cəlb olunması və saxlanması", "Dəyişən şərtlərdə səmərəliliyin maksimum artırılması" adlı müzakirə panelləri olacaq.
2019-cu ildə Azərbaycanda keçirilmiş əvvəlki konfransda 26 ölkədən 500-dən çox iştirakçı yer almışdı. Tədbirdə SOCAR, BP, "Total", TCO və bir çox digər şirkət v qurumların nümayəndəsi iştirak etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.