Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1-ci Beynəlxalq Media və İslamafobia Simpoziumuna qatılıb.
“Anadolu” agentliyi xəbər verir ki, o Qərb də başda olmaqla, dünyanın bir çox yerində İslam düşmənçiliyi xəstəliyinin xərçəng hüceyrəsi kimi yayıldığını deyib:
“Amerika rəhbərliyinin 11 sebtyabr hücumundan sonra başlatdığı “Müsəlmanları iblisləşdirmə” strategiyası bir çox cəmiyyətin mədəni quruluşunda onsuz da mövcud olan islamofobiya virusunu hərəkətə gətirən bir funksiyaya sahib idi”.
O qeyd edib ki, dünya əhalisinin hər birinə İslamın yox, İslam düşmənçiliyinin qlobal təhlükə olduğunu başa salmaq lazımdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.