AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mövsümə hazırlıq gedir: Çimərliklərdəki vəziyyət analiz edilib - FOTO

  • + A
  • - A
  • 9-06-2021, 14:38


    Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülüb, mikrobioloji və fiziki-kimyəvi təhlillər aparılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

    Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Görədil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

    “Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR