Azadmedia.az-ın Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, Nazirliyin "İslam irsimizi qoruyaq” layihəsi çərçivəsində təqdim olunub: "Bibiheybət" məscidi.
Azərbaycan tarixən müxtəlif xalqların sülh və əmin-amanlıq içərisində birgə yaşadığı məmləkətdir. Ölkəmiz həmçinin mədəni irsinə, dini abidələrinə sahib çıxıb, onu gələcək nəsillərə ötürməyi də bacarıb. 1281-1282-ci illərdə inşa olunmuş, bu gün də dərin iman və sevgi ilə ziyarət olunan "Bibiheybət" məscidi də bunun bariz nümunəsidir.
Müsəlmanların üz tutuqları bu ziyarətgahda həmçinin ilk dəfə olaraq muzey yaradılaraq, zəvvarlarların ixtiyarına verilib.
Videomaterialı bu linkə daxil olaraq izləmək mümkündür: bit.ly/3Anxz5F
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.