Yaponiyanın Baş naziri Yoşihide Suqa Tokio şəhərində 12 iyuldan 22 avqusta qədər fövqəladə vəziyyət rejiminin tətbiq ediləcəyini elan edib.
Azadmedia.az Yaponiyanın “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bu tədbirlər koronavirus infeksiyasının yayılması ilə bağlıdır.
Agentliyin məlumatına əsasən, Tokioda fövqəladə vəziyyət rejimi 23 iyuldan avqustun 8-nə qədər baş tutacaq yay Olimpiya oyunlarının keçiriləcəyi bütün müddət ərzində qüvvədə olacaq.
Bununla yanaşı, Okinava prefekturasında da, həmçinin fövqəladə vəziyyət rejimi, Osaka, Saytama, Kanqava və Tiba prefekturalarında isə gücləndirilmiş vəziyyət rejiminin müddəti uzadılıb.
Qeyd edək ki, Tokioda fövqəladə vəziyyət rejimində bar və restoranlarda spirtli içki satışı məhdudlaşdırılır. Həmçinin, ölkə rəhbərliyi vətəndaşları regionlar arasında səyahətlərdən çəkinməyə çağırıb.
Oyunların sponsorları və sadə vətəndaşlar koronavirusun yeni dalğası səbəbindən oyunları təxirə salmağa çağırır. Bununla belə, 10 min könüllü təşkilatçılara kömək etməkdən imtina edib.