"Ermənilər müqavilədə açıq şəkildə qeyd olunan atəşkəsə riayət etməməkdə israrlıdırlar".
Bu fikri Azadmedia.az-a açıqlamasında Politoloq Ülkər Piriyeva qeyd edib. Şanlı “Qarabağ Zəfəri” həm beynəlxalq arenada, həm də türk dünyasında Azərbaycanın nüfuzunu artırdı. Qarabağ məsələsinin həllində uzunmüddət səbr göstərən dövlətimiz indi gücünü həm hərbi, həm də siyasi cəhətdən sübut etdi. Uzun illərdir yüksələn xətlə davam edən qardaş Türkiyə ilə strateji əməkdaşlığımız indi Orta Asiya Türk dövlətləri ilə də qurulmaqdadır və bu istiqamətdə Cənab Prezidentimiz tərəfindən uğurlu siyasət aparılır. Sözsüz ki, Türkiyə ilə Orta Asiyanı birləşdirən müstəqil Azərbaycan dövlətinin gücü bütün Türk dünyası üçün əhəmiyyətli bir faktordur.
Beləliklə, 44 gün davam edən Vətən müharibəmiz Azərbaycan dövlətinin qələbəsi ilə başa çatdı, torpaqlarımızı Ali Baş komandanımızın rəhbərliyində müzəffər Ordumuzun gücü ilə geri aldır. İmzalanan atəşkəs ilə də, Ermənistan ordusu 25 noyabr 2020 -ci ildə Kəlbəcərdən geri çəkildi.
Lakin təəssüflə deməliyik ki, Ermənistan yenə də atəşkəsi pozmağa davam edir.
Ancaq onlar bir nüansı udur ki, Azərbaycan tərəfi Ermənistana sülhü təhlükəyə atmağa imkan verməyəcək.
Bəli, 10 Noyabr bəyannaməsi imzalansa da, Ermənistan təcavüzkar siyasətini davam etdirir. Əslində, bu, bölgənin sülhünə təhlükədir. Lakin nəzərə almaq lazımdır ki, bu təcavüzkar siyasətə görə Ermənistanı təşviq edənlər də məsuliyyət daşıyır. Eyni zamanda, bir həqiqət də var ki, Ermənistan bu təcavüzkar siyasəti ilə heç nəyə nail ola bilməz. Ermənistan onu təşviq edənlərə aldanmamalıdır. Reallıq ondan ibarətdir ki, bu hücumları təşviq edənlər Ermənistana lazımi cavablar verildikdə heç vaxt Ermənistanın yanında olmayacaqlar. Ermənistan tərəfi bu təcavüzkar siyasəti ilə özünü daha çətin vəziyyətlərə salacaq. Ermənistan region ölkələri ilə qurulacaq mexanizmin əhəmiyyətini düşünməlidir. Ermənistan bu tarixi fürsəti əldən verməməlidir, həmçinin Azərbaycan Prezidenti cənab Əliyevin mesajlarını anlamalıdır. Əks təqdirdə yeni problemlərlə üzləşəcək.
Cənab Prezidentimizin də vurğuladığı kimi – “Unutmasınlar ki, dəmir yumruq yerindədir”. Ermənistanın hökümət rəhbərləri unutmamalıdır ki, Ermənistanın regional sülhə təhlükə yaratmasına heç bir şəkildə icazə verilməyəcəkdir.
Azərbaycanın Qarabağ bölgəsi müxtəlif yeraltı sərvətləri və qızıl və mis mədənləri ilə zəngin bir bölgə kimi tanınır.
İşğal zamanı Kəlbəcərin zəngin qızıl və civə mədənləri qanunsuz olaraq istismar edildi.
İşğaldan əvvəl Ermənistan müxtəlif bölgələrdən olan vətəndaşlarını erməni əhalisinin olmadığı Kəlbəcərə gətirib qanunsuz olaraq məskunlaşdırdı və buranın zəngin təbii sərvətlərini sanki öz mülkü kimi istismar etdi. İşğal zamanı Kəlbəcərin zəngin qızıl və civə mədənləri qanunsuz olaraq istismar edilmiş və gəlirləri Ermənistana aparılmışdır. Ermənilər ümumi ehtiyatları 1 milyon tondan çox olan Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqayanın civə yataqlarından da qanunsuz istifadə ediblər.
Belə ki, Kəlbəcərin təbii gözəllikləri, şəfalı mineral suları və bir çox tarixi abidələri ilə gələcəkdə Azərbaycanın turizm mərkəzlərindən birinə çevriləcəyi proqnozlaşdırılır.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən açıqlamaya görə, Kəlbəcərdə qızıl ehtiyatı 112,5 tondur. İşləyən Ağduzdağ və Tuthun qızıl yataqlarının 13 tondan çox ehtiyatı var və 27 ildir ki, Ermənistanın işğal rejimi tərəfindən talan edilib.
Mədəndə çıxarılan 1 ton filizin içərisində minimum 0,8 qram qızıl var.
Sotk Qızıl Mədəninin (Soyudlu-Zod Qızıl Mədəni-Azərbaycanın Kəlbəcər əyalətindəki torpağı) sərhədlərini 15 Noyabr 2020-ci ilə qədər ermənilərin xeyrinə ikiyə bölünməklə (40°14′19″ 45°58′34″) dəyişdi. 2007-2020-ci ilə qədər isə, Rusiya tərəfindən bölünən yatağı elə Rusiyanın Geo Pro Mining şirkəti mədənin Kəlbəcər əyalətindəki hissəsini işlətməkdəydi.
Fikrimcə, Ermənilərin atəşkəs müqaviləsini pozmaq və bölgəni qaynar münaqişəyə çəkmək istəyinin səbəbi sadəcə macəra axtarmaq deyil. Heç şübhəsiz ki, Ermənistan İmperialist dövlətlərin arxalarında iqtisadi güclərini artırmaq üçün istifadə etdikləri bir piyadadır. Məqsəd Qarabağda torpaq sahibi olmaqdan əlavə, bölgədəki qızıl mədənləri ola bilərmi?
Aşağıdakı şəkil, Azərbaycan Soyudlu-Zod Qızıl Mədəninin girişində qurulan sözdə erməni keçid məntəqəsinin fotoşəklidir. Şəkil mil.ru-dan alınmadır.