AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qlobal fond bazarları həftəyə artımla başlayıb

  • + A
  • - A
  • Bu gün, 09:06

    Qlobal fond bazarları həftəyə artımla başlayıb

    ABŞ və Avropa fond bazarlarında əsas indekslərdə artım davam edib.

    Bazar ertəsi Nyu-York birjasında Dow Jones Industrial Average 1,01% artaraq 47 207,12 bəndə, S&P 500 indeksi 0,79% yüksələrək 6 791,69 bəndə, NASDAQ Composite isə 1,15% artımla 23 204,87 bəndə çatıb. NYSE Composite 0,34% artaraq 21 698,06 bənd, S&P/TSX Composite indeksi isə 0,55% artaraq 30 353,07 bənd təşkil edib.

    Avropa bazarlarında da müsbət dinamika müşahidə olunub. FTSE 100 0,70%, DAX 0,13%, IBEX 35 isə 0,44% artıb. Euro Stoxx 50 0,11% yüksəlib, CAC 40 indeksi isə dəyişməyərək sabit qalıb.

    İndekslərin artımı investorların iqtisadi dirçəliş və gəlir hesabatlarına dair optimist gözləntiləri ilə izah olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR