AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" "Aberdin"lə qarşılaşacaq

  • + A
  • - A
  • 19-08-2021, 08:11


    “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

    Konfrans Liqasında mübarizə aparan Ağdam klubu pley-offun ilk matçına çıxacaq.

    Qurban Qurbanovun yetirmələri Şotlandiya təmsilçisi “Aberdin”lə görüşəcək. Qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

    Cari mövsümdə məğlub olmayan ağdamlılar uğurlu seriyanı böyük britaniyalılarla dueldə də davam etdirməyə köklənib. Ardıcıl 7 dəfə avrokubokların qrupuna düşən “Qarabağ” seriyanın davamı üçün ilk matçda uğurlu nəticə qazanmalıdır.

    Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR