Masallı rayonunun Xıl kəndində Ağsaqqallar evi tikilib istifadəyə verilib. Azadmedia.az-ın Sosial mediadan əldə etdiyi məlumata görə, Xıl kəndində Ağsaqqallar evi tikilib istifadəyə verilib. Ağsaqqal evində onların istirahəti üçün hər cür şərait yaradılıb.
Bu xeyriyyəçilik işinə kəndin imkanlıları və bələdiyyəsi imza atıb.
Belə ki, Ağsaqqallar evinin qarşısında yaradılan Şəhidlər bulağı da var, bulaq sakinlərin arzusu ilə ərsəyə gəlib.
Qeyd edək ki, buradakı lövhədə Milli Qəhrəman Elşad Hüseynov, Vətən müharibəsi şəhidi Elgün Mikayıllının portretləri asılıb. Odur ki, bulaq hər gün yüzlərlə Xıl sakininin ziyarətgahına çevrilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ülkər Piriyeva