Millət vəkili Hicran Hüseynova – “Şuşa Bəyannaməsi, Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır” - Müsahibə
“Şuşa Bəyannaməsi, Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.”
Bunu Azadmedia.az-a açıqlamasında, Milli Məclisin deputatı Hicran Hüseynova deyib.- Zəfər tariximizin yazılmağa başladığı günün 1ili tamam oldu. Qarabağ Zəfərimizin 1 ili münasibəti – “Anım Günü” ilə əlaqədar nələri qeyd edərdiniz?Millət vəkilinin sözlərinə görə, Hazırda Azərbaycan tarixinin ən şərəfli səhifələri yazılır – “Bu səhifələr xalqımızın mənəvi birliyi, ordumuzun igidliyi, cəsurluğu, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi ilə yazılır. Artıq bir xalq olaraq, dövlət olaraq qürur hissi keçiririk, çünki uzun illərdən sonra əsl müstəqilliyə nail olur, tarixi ədaləti bərpa edirik. Yüksək hazırlıqlı, savadlı, mərd, qorxmaz əsgər və zabitlərimiz bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah, yüksək əzmlə, iradə ilə sinəsini sipər edərək döyüşdü, qarış – qarış, addım – addım torpaqlarımız düşməndən azad etdi və qalib gəldi. Əlbəttə ki, bu tarixi Zəfər bizim qəhrəman oğullarımızın canı, qanı hesabına başa gəlmişdir. Bir daha şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edir, qazilərimizə şəfa arzulayırıq. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.” O vurğulayıb ki, müharibənin ən vacib nəticələrindən biri xalqımızın özünə inamının, məhz, öz gücünə inamının artması oldu –“Əsgər və zabitlərimizin igidliyi, Prezident İlham Əliyevin yüksək sərkərdəlik məharəti nəticəsində xalqımız birlik göstərdi və tarixi ədaləti bərpa etdi. Dinindən, dilindən, milli və siyasi kimliyindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün az saylı xalqlar çiyinə-çiyinə mübarizə aparır, Qələbəyə öz töhfəsini verirdi. Bu, bizim birliyimizin ən bariz nümunəsi idi.” - Xüsusilə, Qarabağ müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında qardaşlıq bağları daha da möhkəmləndi. Millət vəkili olaraq, iki ölkənin son zamanlardakı siyasi mövqelərini qiymətləndirmənizi istərdik.H.Hüseynova qeyd edib ki, Azərbaycan və Türkiyə bütün tarixi dövrlərdə bir-birinin yanında olublar –“103 il bundan əvvəl sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi “Qafqaz İslam Ordusu” Bakını erməni-bolşevik işğalçılarından azad etmişdir. Bu tarixi gün, öz müstəqilliyini elan etmiş gənc bir dövlətin özünü təsdiq etməsində mühüm əhəmiyyət kəsb edir. Çox mürəkkəb və çətin bir şəraitdə olan Azərbaycanın köməyinə qardaş Türkiyə çatdı və 1918-ci il sentyabrın 15-i bizim üçün dönüş günü oldu. Maraqlıdır ki, 1915-ci ildə Çanaqqala döyüşlərində minlərlə azərbaycanlı Türkiyəyə, öz doğma qardaşlarına yardımını əsirgəməmiş, bütün təhlükələrə baxmayaraq əsir düşmüş türk əsgərlərinə yardım etmiş, onların Türkiyəyə getməsinə köməklik göstərmişdir. Bu faktlar onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə bir-birinin yanındadır. Deyirlər, tarix təkrar olunur. Elə müasir dövrdə, Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət də Türkiyə olmuşdur. Müstəqilliyimizin çətin anlarında, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyi zaman da Türkiyə yanımızda olub, bizim haqq səsimizi bütün səviyyələrdə ictimailəşdirmişdir.” Millət vəkili bildirib ki, 30 illik erməni işğalından sonra Azərbaycanın haqq savaşına Türkiyə mənəvi və siyasi dəstək verməklə, bu dəfə də öz qardaşlıq missiyasını yerinə yetirdi – “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. “Şuşa Bəyannaməsi” isə, bu qardaşlığı əbədi etdi. Bu gün Türkiyə və Azərbaycan sevincini və kədərini paylaşan iki dövlətdir. Eyni zamanda, bu dost və səmimi münasibətlər o qədər inkişaf etmişdir ki, hətta müxtəlif tədbirlərdə belə bir-birinin yoxluğunu auditoriya hiss edə bilmir. Belə nümunələr çoxdur.
Türkiyə hər zaman öz mənəvi və siyasi dəstəyini göstərmişdir. Bu gün də biz bu dəstəyi görürük. Cənab İlham Əliyevin dediyi kimi “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır”.
Bu yerdə cənab Prezidentin “Anadolu” agentliyinə verdiyi müsahibədə də bu dostluğa, qardaşlığa münasibətini belə ifadə etdi ki, “Etnik, dini, mədəni köklər hələ o demək deyil ki, bu ölkələr qardaş ölkələrdir. Belə hallar çoxdur, həm Yaxın Şərqdə, eyni zamanda, postsovet məkanında”.
Bu dostluq o qədər güclü və səmimidir ki, hətta ölkə başçısı bildirmişdir ki, “Qardaşım Rəcəb Tayyib Ərdoğan Şuşaya gəlməyənə qədər oraya heç bir başqa ölkədən heç kim gəlməyəcək.”
- Şuşa Bəyannaməsi barədə fikirləriniz və Türk dünyasına mesajınız?H.Hüseynovanın sözlərinə görə, Şuşa Bəyannaməsi müstəsna siyasi, mənəvi və tarixi əhəmiyyətə malikdir – “Bu sənəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirərək yeni bir mərhələyə qədəm qoyur. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”. Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsində birgə milli mənafelər baxımından siyasi, humanitar, iqtisadi, elm, təhsil, mədəniyyət, hərbi və təhlükəsizlik sahələrində, o cümlədən media sahəsində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur.”O həm də, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələrinin unikal müttəfiqlik nümunəsi olduğunu ifadə edib. “Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “ Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Ona görə də birmənalı vurğulaya bilərik ki, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır.” “Həmçinin, bu sənəd Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda imzalandı. Ölkə baçşısı İlham Əliyev də çıxışında qeyd etdi ki, “Birgə Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir. Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Qars müqaviləsinin ləğv edilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda həm ermənilər, həm də onlara havadarlıq edən qüvvələr fikirlər səsləndirmiş və bunun üçün cəhdlər göstərmişlər. Faktiki olaraq, biz Şuşa Bəyannaməsinin imzalanması ilə de-fakto mövcud olan münasibətləri de-yure səviyyəsinə qalxdı. Lakin Şuşada imzalanan Bəyannamə, Azərbaycan və Türkiyə müttəfiqliyini daha da möhkəmləndirdi. Eyni zamanda, Qarabağın təhlükəsizliyi və qısa müddətdə yenidən qurulması məqsədilə bundan sonra da hər iki ölkənin imkanlarını səfərbər ediləcəyini rəsmən təsdiqlədi.”“Bildiyiniz kimi, Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatında balanslı bir siyasət aparır. Cənab prezidentin irəli sürdüyü “Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır” tezisi bir daha dövlətimizin əməkdaşlıq səylərinin aydın təzahürüdür. Bu gün Azərbaycanın həm regionda, həm də bütövlükdə dünyada mühüm strateji əməkdaşa çevrildiyini, onun nüfuzunun getdikcə daha da artdığını müşahidə edirik. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların pozulması deməkdir. Artıq Azərbaycan-Türkiyə birliyi ilə davam edəcək yeni regional münasibətlər platforması formalaşmaqdadır. Bu qardaşlıq nümunəsi bütün qonşu ölkələr üçün bir örnəkdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində də biz bu aktivliyi, sıx birliyi müşahidə edirik. Əlbəttə ki, bu əməkdaşlıq daha da möhkəmlənməlidir. Hazırda bölgədə yeni reallıq yaranıb və bu reallıq türk dünyası üçün də yeni perspektivlər yaradır.” –Deyə millət vəkili qeyd edib.
- Qələbəmizi həzm edə bilməyənlərə, qələbəmizin üstünə kölgə salmaq istəyənlərlə bağlı fikirləriniz?“Əfsuslar olsun ki, dediyiniz kimi, bizim tarixi Qələbəmizi həzm edə bilməyənlər var. Bir sıra xarici dövlətlər, beynəlxalq təşkilatları, erməniyə havadarlıq edən bəzi siyasətçilər, diplomatlar məsələnin hələ tam həll edilmədiyini, hər bir fürsətdə ölkəmizə qarşı iddialar irəli sürülər. Onlar bölgədə sülhün, təhlükəsizliyin bərqərar olmasının istəmirlər. Azərbaycana qarşı iki standartlarla yanaşırlar. Qanunsuz olaraq Azərbaycanın ərazisinə gəlir, burada təxribatçı mövqe sərgiləyir, hansısa “status “məsələsini qaldırır, revanşist çağırışlar edirlər.”– Deyə o bildirib.
Millət vəkili onu da əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi başa çatdı, “Dağlıq Qarabağ” adlı inzibati ərazi, yəni, qurum mövcud deyil – “Bu günlərdə, cənab Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında çıxış edərkən bütün ölkələrə müraciət etdi ki, “bundan sonra “Dağlıq Qarabağ” ifadəsi işlədilməsin, Azərbaycan ərazisində belə bir qurum yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var”. Sual olunur ki, onlar bu 30 ildə niyə BMT Qətnamələrinin həyata keçirilməsi ilə bağlı bu qədər aktivlik göstərmədilər? Daim insan hüquq və azadlıqlarının müdafiəsi, qorunması müdafiə edən bu təşkilatlar nə üçün azərbaycanlıların pozulmuş hüquqlarını görmək istəmir? Əlbəttə, bunun cavabı bizə yaxşı məlumdur. Ona görə də, davamlı olaraq bütün platformalarda fəal olmalıyıq, öz haqlı mübarizəmizi aparmalıyıq, konfranslarda, seminarlarda əsl tarixi həqiqətləri deməliyik, erməni vandalizmini ifşa etməliyik. Digər tərəfdən son zamanlar sosial şəbəkələrdə Azərbaycanın real həyatından çox uzaq olan, bütün bu illər ərzində özünü heç bir müsbət tərəfdən göstərməyən, ölkənin inkişafına dair heç bir konstruktiv təklif verməyən, əvəzində isə ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti, Azərbaycanın bu gün əldə etdiyi nailiyyətləri gözdən salmağa çalışan bəzi insanların fikirləri yer alır. Biz bu insanların hansı maraqlara xidmət etdiyini yaxşı bilirik. Bu insanlar Azərbaycanın əldə etdiyi nailiyyətləri, uğurları gözdən salmağa çalışırlar. Azərbaycanın inkişafını, nüfuzunu ləkələməyə cəhd göstərirlər. Bütün bunlar əslində Azərbaycanın dövlət və milli maraqlarına xəyanətdir. Belə qüvvələri xalq da dəstəkləmir, çünki onların fikirləri heç bir zaman öz təsdiqini tapmır. Sosial şəbəkələrdə, internet müstəvisində belə insanlar ifşa edilməli, bütövlükdə insanlar düzgün məlumatlanmalıdırlar.”Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR