AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunanistan Baş naziri: "Türkiyə hücum etsə, Fransa köməyə gələcək"

  • + A
  • - A
  • 7-10-2021, 23:33

    Yunanistan Baş naziri: "Türkiyə hücum etsə, Fransa köməyə gələcək"
    Türkiyə Yunanıstana hücum etsə, Fransa bizə kömək etməyə tələsəcək.

    Azadmedia.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis deyib.

    Nazir iki ölkə arasında imzalanmış müdafiə sahəsində əməkdaşlıq müqaviləsinin Yunanıstan və Fransanın xarici təhlükə yaranacağı durumda bir-birinə kömək edəcəkləri anlamına gəldiyini bildirib.

    Müqaviləni ratifikasiya etmək üçün toplanan parlamentdə çıxış edən Yunanıstan baş naziri qeyd edib:

    “Üçüncü ölkədən iki dövlətdən birinə hücum edəcəyi təqdirdə onlardan birinin hərbi yardıma gələcəyi müddəası ilk dəfə bu sənəddə açıq və birmənalı şəkildə yer alıb. Hamımız bilirik ki, Aralıq dənizində kim kimi təhdid edir”.

    Türk mətbuatına görə, Mitsotakis bu sözlərlə birbaşa Türkiyəni hədəfə alıb. Çünki kontinental şelfləri və dəniz sərhədləri baxımından Türkiyə ilə mübahisə edən Yunanıstanın Egey dənizindəki ərazi sularını qanunsuz olaraq genişləndirmək səyləri qarşısında əsas maneə Ankaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR