“Ermənistanla Azərbaycanı yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışında bildirib.
“Sovetlər İttifaqı dağılandan sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını qurmaq yenilikçi bir fikirdir. Fərqli problemləri olan Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Yunanıstan və Türkiyəni reaktiv diplomatiya yerinə, yenilikçi düşüncə və praktik diplomatiya ilə bir araya gətirə bilərik”, - o deyib.
Türkiyə XİN başçısı üçtərəfli və dördtərəfli regional əməkdaşlığın faydalı cəhətlərindən də danışıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.