AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda bir qrup müəllimə Fəxri fərmanlar təqdim olunub - Fotolar

  • + A
  • - A
  • 10-10-2021, 11:41


    Masallıda bir qrup müəllimə Fəxri fərmanlar təqdim olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Rayon İcra Hakimiyyətinin böyük iclas zalında mövcud karantin qaydaları gözlənilmək və ara məsafəsi saxlanılmaqla rayon ümumtəhsil məktəblərində və Masallı Dövlət Regional Kollecində çalışan müəllimlərlə görüş keçirilib.

    Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov ilk öncə pedaqoji cəbhənin adamlarını salamlayıb, onları 5 oktyabr - Beynəlxalq Müəllimlər bayramı münasibətilə bir daha təbrik edərək, müəllimlərin cəmiyyətdəki rolundan geniş söhbət açıb və qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyev həmişə Azərbaycan təhsilini, müəllimin zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirirdi və deyirdi: "Təhsil millətin gələcəyidir".

    Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərindən, 44 günlük Zəfər Qələbəsindən danışan icra başçısı Masallıda müxtəlif ümumtəhsil məktəblərində və Kollecdə çalışan nümunəvi və fəal müəllimlərin əməyni qeyd edərək yeni dərs ilində hər bir müəllimə uğurlar arzulayıb.-Bu gün dövlət rəhbərimiz cənab İlham Əliyev müəllim əməyini yüksək qiymətləndirərək, onlara daim diqqət və qayğı göstərir. 2021-ci ildə ali rayonda ali məktəblərə qəbul sayının artıb 600 nəfər olması həm rayonumuzda təhsilə olan marağın güclənməsindən, inkişafından, həm də dövlətimizin təhsilə, gələcəyimiz olan gənclərə diqqət və qayğının günü-gündən daha da artırılmasından irəli gəlir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallıda da inkişaf yüksək səviyyədə gedir. Ölkə rəhbərinin gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir,-deyə Masallının icra başçısı qeyd edib.









    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov təhsilin inkişafındakı xidmətlərinə 5 oktyabr - Beynəlxalq Müəllimlər bayramı münasibətilə 27 qabaqcıl və Vətən müharibəsi iştirakçısı olan müəllimlərə Fəxri fərmanlar təqdim edib.

    Yekunda RİH başçısı Ş.Məmmədov, bir daha fəal təhsil işçilərinə daim mübariz və vətənpərvər övladlar yetişdirməyi arzulayıb.

    Görüşün sonunda müəllimlərlə xatirə şəkli çəkilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR