AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Güllütəpə kəndinin Şəhid əsgəri Ülvi Nüsrətbəylinin anım mərasimi keçirilib

  • + A
  • - A
  • 15-10-2021, 08:39


    Şəhid əsgər Ülvi Nüsrətbəylinin anım mərasimi qeyd olunub.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, 13 oktyabr 2021-ci il tarixdə Masallı rayonunun Güllütəpə kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Ülvi Nüsrətbəylinin anım mərasimi keçirilib.

    Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov və aparatı, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.

    Rayon rəhbəri Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Ülvinin qəhrəmanlıq yolundan söhbət açıb. Belə ki, Ülvi Nüsrətbəyli 14 fevral 1999-cu ildə Masallı rayonunun Güllütəpə kəndində anadan olmuşdur. 2005-ci ildə rayonun Yeni Zuvand tam orta məktəbinin birinci sinifinə daxil olmuşdur. 2016-cı ildə həmin məktəbin onbirinci sinifini bitirmişdir. Elə həmin ildə Lənkəran dövlət Universitetinin İqtisadiyyat fakultəsinə daxil olmuşdur.

    2020–ci ildə isə Lənkəran dövlət Universitetini bakalavr pilləsi üzrə bitirmişdir. Ali təhsilli gənc 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.
    2020-ci ilin iyul ayında SHXÇDX-nin Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.
    Hərbi xidmətini əsgər kimi Ağcəbədi rayonunda yerləşən «N» saylı hərbi hissədə yerinə yetirməyə başlamışdır.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan «Yeni həyat» qəzetinin əməkdaşı xəbər verir ki, Ülvi Arif oğlu Nüsrətbəyli oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub.

    13 oktyabr 2020-ci ildə, valideynlərinin doğulub boya-başa çatdığı Masallı rayonunun Yeni Zuvand kənd qəbristanlığında torpağa tapşırılmışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.

    Şəhidin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR