AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü ilə yaradılan Masallı Təhsil Fondu qızların təhsilinə diqqəti artırır.

  • + A
  • - A
  • 13-09-2021, 13:12


    Masallı Təhsil Fondu 2021-2022 ci tədris ilində Dövlət Pedaqoji Universitetlərinə 300 baldan yüksək nəticə göstərən qızların ödənişli əsaslarla qəbul olanlarına kömək məqsədi ilə oxuduqları müddətdə ödənişləri və ödənişsiz əsaslarla qəbul olunanlara isə hər ay təqaüdlə təmin olunmaları nəzərdə tutulmuşdur.Artıq Masallı Təhsil Fondu ali məktəblərə qəbul olan tələbələrin qəbuluna başlamışdır.Keçən tədris ilində 40 nəfər tələbələrin ödənişləri ödənilmiş və təhsillərini davam etdirirlər.Hal-hazırda aztəminatlı ailələrin 20 nəfər qız övladları Fonda müraciət edərək qeydiyyatdan keçmişlər.Qeydiyyatdan keçən tələbələrə bildirilmişdir ki,smestr imtahanlarında imtahanların nəticələri 61 baldan aşağı olmamalıdır.
    Masallı Təhsil Fondunun əsas məqsədi yüksək biliyə malik mütəxəssis hazırlıqıdır.Qızları təhsilə cəlb etməklə erkən nigahın qarşısını almaq ən aktual məsələlərdən hesab edilir.Masallı Təhsil Fondunda qeydiyyat davam edir.
    Millət Vəkili Məşhur Məmmədov qızların təhsil almaqlarına uğurlar diləyir.

    "Masallı Təhsil Fondu"nun direktoru:H.Hüseynov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR