AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lerikdə ağır qəza baş verib

  • + A
  • - A
  • 17-10-2021, 20:46

    Lerik rayonunda ağır yol qəzası baş verib.

    Azadmedia.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə Lerik rayonu ərazisində baş verib.

    Belə ki, rayonun Qələbin kənd sakini, 1984-cü il təvəllüdlü Rafael Məmməd oğlu Məmmədovun idarə etdiyi “Niva” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.

    Nəticədə nəqliyyat vasitəsinin sürücüsü ciddi xəsarət alıb.

    Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılib. R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR