Masallı rayonunda vətənpərvər gənclər şad günlərində də bir an belə olsun şəhidlərimizi unutmadılar, onlara göstərdikləri ehtiram əsl vətənpərvərlik nümunəsi oldu.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Bu günlərdə ailə həyatı quran Ruslan Quliyev və Səbinə Əliyeva cütlüyü də belə gənclərimizdən biri idi.
Belə ki, onlar toy günlərində Masallıdan olan şəhidləri yad ediblər.
Gənclər öz sevincli günlərində yaşadıqları Masallı şəhərinin şəhidləri – Araz Seyfullayev və Cavad İbadovun məzarını ziyarət ediblər. Onlar bu addımı bir mənəvi borc kimi atıblar.
Əlbəttə, gənclərin şəhidlərimizə göstərdiyi ehtiram, onların ruhuna hörmət, Qarabağın azadlığı uğrunda canından keçən oğullara toy günlərində diqqət ayırmaları cəmiyyət üçün bir örnək olmalıdır.
Gənc ailəyə xoşbəxtlik arzu edirik!
Ülkər Piriyeva