Masallı rayonunda “Ümumdünya Təmizlik Günü” ilə bağlı təmizlik aksiyası təşkil edilib.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə “Ümumdünya Təmizlik Günü” ilə bağlı təmizlik aksiyası baş tutub.
Belə ki, Masallı Gənclər Evinin könüllülərinin iştirakı ilə keçirilən təmizlik aksiyasının məqsədi, ekoloji problemlərin həllində dövlətə ictimai dəstək vermək, gənclərin ekoloji savadlılığını artırmaqdır.
Qeyd edək ki, təmizlik aksiyası zamanı iştirakçılarla zibil tullantılarının ətraf mühitə verdiyi zərər və insan sağlamlığına mənfi təsirləri barədə məlumatlılığın artırılması barədə söhbətlər aparılıb, ekoloji mədəniyyəti artırmaqla bağlı tövsiyələr verilib.
Aksiya tərəfdaşları, tədbirə qoşulan bütün təbiətsevər Masallı rayonunun gənclərinə təşəkkür edir, hər kəsi ölkəmizi, planetimizi çirkləndirməməyə və ətraf mühitin qayğısına qalmağa çağırır!
Ülkər Piriyeva