AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda "Nizami Gəncəvi irsinin təbliği” mövzusunda tədbir keçirilib - Fotolar

  • + A
  • - A
  • 30-10-2021, 22:31


    “Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” mövzusunda tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin (MDRK) birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Mütəffəkkir şair Nizami Gəncəvi irsinin təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə hər iki müəssisənin əməkdaşları ilə yanaşı, tələbələr də iştirak ediblər.
    Əvvəlcə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Mərkəzin direktoru Dilbər İbayeva Nizami Gəncəvi yaradıcılığından, onun dünya və Şərq ədəbiyyatının bədii fikir salnaməsində əhəmiyyətli rolundan söz açaraq, dahi şairin əsərlərinin hər zaman dünya şərqşünaslıq elminin diqqət mərkəzində olduğunu deyib: “Milli-mənəvi dəyərlərə hörmət Ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Məhz Ümummilli lider hakimiyyətdə olduğu dövrdə Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə hər zaman xüsusi diqqət yetirilib və bu siyasətin məntiqi davamıdır ki, bu gün ölkə üzrə mütəfəkkir şairimizin irsini təbliğ edən silsilə tədbirlər keçirilir”, - deyə D. İbayeva bildirib.

    Sonra MDRK-nın direktor müavini Dilarə Hüseynova çıxış edərək cari ilin “Nizami Gəncəvi İli” elan edilməsini, Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürü olduğunu qeyd edib.

    Tədbirdə çıxış edən Mərkəzin əməkdaşı Şəfa Xəlilova və Kollecin müəllimi Kəmalə İmanova dahi şairin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Azərbaycan şairi və mütəfəkkiri N.Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

    Qeyd olunub ki, “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə olan ehtiramın təzahürüdür.
    Çıxışlardan sonra tələbələr dahi şairin qəzəllərini səsləndiriblər.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR