AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Örnək ömür” adlı tədbir keçirilib - Fotolar

  • + A
  • - A
  • 1-11-2021, 21:58


    Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Örnək ömür” adlı tədbir keçirilib.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Noyabrın 1-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Vətən Müharibəsinin Yardımlı Şəhidi Əli Rzalıya həsr olunmuş “Örnək ömür” adlı tədbir təşkil olunmuşdur.
    Tədbirdə Mərkəzin rəhbərliyi,əməkdaşları və Şəhidimizin atası Nuru Rzalı iştirak ediblər.


    İlk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru Aqil Ağayev Zəfərimizin memarlarına çevrilən şəhidlərimiz və qazilərimizin Vətən Müharibəsində göstərdikləri şücaəti fəxrlə dilə gətirmiş, Əli Rzalının timsalında bütün qəhrəmanlarımızı ehtiramla yad edib. Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan söhbət açaraq bu diqqətin təqdirə layiq olduğunu bildirib.

    Daha sonra tədbirdə çıxış edən şəhid atası N.Rzalı tədbirin təşkilinə görə Mərkəzin rəhbərliyinə minnətdar olduğunu bildirib. Bir Şəhid atası üçün övladı haqqında danışmaq nə qədər çətin olsa da qürür hissi ilə bütün Şəhidlərimizin hər birinin doğmamız olduğunu bildirən N.Rzalı Əli haqqında xatirələrini dilə gətirib.










    Sonda Şəhid Əli Rzalının xatirəsinə həsr edilmiş Mərkəzin könüllüsü tərəfindən hazırlanmış olan portreti Şəhidimizin atasına təqdim olunub.

    Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.

    Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR