Bu gün Masallı rayonunda təhsil olcaqlarında Zəfər gününün ildönümü münasibətilə təşkil olunan silsilə tədbirlərdə məktəblilərə Masallı Təhsil Fondunun nümayəndələri tərəfindən ərazi bütövlüyümüz uğrunda həlak olanların, Vətənin varlığı naminə canından keçən Masallı şəhidlərinin xatirəsini əbədiləşdirmək naminə yazılan “Şəhidlik manifesti” təqdim edilib.
Şəhid İ.Zülalov adına İsgəndərliİ tam orta məktəbində və şəhid Simran Rzayev adına Böyük Kolatan kənd tam orta məktəbində təşkil olunan tədbirlərdə kitabın müəllifi yazıçı -jurnalist Nurəddin Ədiloğlu çıxış edib və hər iki məktəbin şagird və müəllim kollektivinə Milli Məclisin deputatı Məşhur Məmmədov mənəvi və maddi dəstəyi ilə işıq üzü görən nəşr barədə məlumat verdi. Müəllif şəhid ailələri ilə görüşdə yaşadığı həyacanlı anlardan, şəhidlərimizin taleyindəki maraqlı nüanslardan danışıb, kitabı şəhidlərin ruhu qarşısında özünün hesabatı kimi xarakterizə edib. Ana Vətən müharibəsi uğurunda savaşda düşmənlərə qarşı böyük mərdliklə döyüşüb həlak olmuş isgəndərli Sübhan Həsənovun, Şaiq Kəlbiyevin və Böyük Kolatandan olan Əli Quliyevin göstərdiyi igidliklərdən söz açdı. Hər iki məktəbin kitabxanasına kitabın nüsxələri hədiyyə edilib.
N.Ədiloğlu həmçinin Böyük Kolatan kəndində şəhid atası Kərbalayı Turac Quliyevlə görüşüb və şəhid Əli Quliyevin xatirə guşəsini ziyarət edib. Şərəfli həyat və döyüş yolu keçmiş şəhidin xatirəsinə ehtiramını bildirmişdir.
Hekayət Nəzərov,
Milli Məclisin deputatı Məşhur Məmmədovun
köməkçisi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.