AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Zəfər Bayrağı” tamaşası nümayiş olunub.

  • + A
  • - A
  • 6-11-2021, 22:10


    Noyabrın 6-da Masallı Regional Mədəniyyət İdarəsi Masallı Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı yazıçı -jurnalist Nurəddin Ədiloğlu “Şəhidlik manifesti” kitabının motivləri əsasında “Zəfər Bayrağı” tamaşasını təqdim edib.

    Tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları Elsevər Əliyev və Ruslan Zahidovdur. Rolları teatrın kollektivi ilə yanaşı, Masallı Dövlət Regional Kollecinin tələbələri və məktəblilər ifa ediblər.

    Səhnə əsərində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin döyüş yoluna işıq salınır, onun Aprel döyüşlərində həlak olmuş qardaşı Nurlanın Şuşaya Zəfər Bayrağı sancmaq arzusunun gercəkləşməsi, iki şəhid anası Ziba xanımın yurda bağlılığı öz ifadəsini tapıb.

    Tamaşadan öncə Viləş kəndindən olan qəhrəman qardaşların anası Ziba Əsgərli və səhnə əsərinin müəllifi yazıçı Nurəddin Ədiloğlu çıxış edib. Tamaşaya rayonun rəhbərliyi, şəhid valideynləri və ictimaiyyət nümayəndələri baxıb və onlayn formada izləyicilərə təqdim olunub.

    Həmin gün rayonun Hişkədərə kəndində şəhid leytenant Vüsal Məhərrəmovun anım mərasimi keçirilib. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edib. Şəhid zabitimizin ruhuna dualar oxunub və ehsan verilib.

    Allah şəhidlərimizə rəhmət eləsin.

    Hekayət Nəzərov,
    Milli Məclisin deputatı Məşhur Məmmədovun köməkçisi










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR