AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstanbulda “Qarabağ Azərbaycandır!” adlı təntənəli bayram tədbiri keçirilib

  • + A
  • - A
  • 8-11-2021, 13:21


    Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin birinci ildönümü münasibətilə İstanbulda təntənəli bayram tədbiri keçirilib.

    İstanbulda keçirilən 8 noyabr – Zəfər tariximizin birinci ildönümünə həsr olunmuş tədbir Azərbaycan Respublikası Diasporla iş Üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dərnəklər Federassiyası tərəfindən birgə təşkil olunub.

    Tədbirdə Kuzey Kıbrıs Türk Cumhuriyəti Prezidenti Ersin Tatar, Pakistan dövlətinin İstanbuldakı baş Konsulu Bilal Xan Paşa, İstanbul Valiliyi, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev, Komitə əməkdaşları, TADEF sədri Adalet Turan, TBMM Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, AK Parti istanbul Millət vəkili Şamil Ayrım, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, ”YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə, İraq türkləri lideri Erşad Salihi, millət vəkilləri, İstanbulun müxtəlif rayonlarının bələdiyyə sədrləri, Azadmedia.az xəbər poratlının Redaktoru Ülkər Piriyeva, Azərbaycanın qardaş ölkədə fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, media nümayəndələri, burada yaşayan və işləyən həmvətənlərimiz, Vətən müharibəsi qaziləri və digərləri iştirak ediblər.

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türkiyə-Azərbaycan Dərnəklər Federassiyasının təşkilatçılığı ilə baş tutan tədbirin I hissəsi azad edilmiş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən sərgi nümayiş etdirilib.

    Tədbirin II hissəi isə rəsmi və bədii hissədən ibarət olub.

    İki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Valeh Hacıyev, TADEF sədri Adalet Turan bayram münasibətilə öz təbriklərini çatdırıblar.

    Qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı Qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda bu mübarizədə, haqqı-ədaləti dünyaya çatdırmağımızda bizə dəstək verən başda Türkiyə olmaqla hər kəsin Zəfəridir.

    TADEF sədri Adalet Turan bayram münasibətilə öz təbriklərini çatdırıb. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən iftixar duyduqlarını diqqətə çatdırıb. Azərbaycan xalqının və Ordusunun Ali Baş Komandan Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşərək tarixi Qələbəyə nail olduğunu qeyd edib.
    Bildirib ki, "44 günlük Vətən müharibəsində əldə edilən bu şanlı Qələbə yalnız Azərbaycanın deyil, eyni zamanda bu mübarizədə, haqqı-ədaləti dünyaya çatdırmaqda dəstək verən başda Türkiyə olmaqla bütün Türk dünyasının Zəfəridir. Bütün Azərbaycan xalqına, azərbaycanlı bacı-qardaşlarıma sevgilərimi və hörmətlərimi çatdırıram. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə! Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!”.

    2020-ci il Azərbaycan üçün tarixi baxımdan dönüm ili oldu. Tarixi Qarabağ torpağımız Ali Baş Komandan İlham Əliyevin düzgün və uzaqgörən siyasəti, Vətənini hər şeydən üstün tutan müzəffər Azərbaycan Ordusu və bizimlə birgə addımlayanların sayəsində işğaldan azad edildi. Bu yolda canından keçən hər qəhrəman oğlumuzun qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Daima Azərbaycanın yanında olan Türkiyənin bu savaşda da ölkəmizə verdiyi mənəvi və diplomatik dəstək iki ölkə arasındakı əsrlərə dayanan yaxınlığı bir daha nümayiş etdirdi. Ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı bu qardaşlığın ən gözəl izahıdır. Bu qardaşlığı və birliyi gələcək nəsillərə çatdırmaq isə bizim ən böyük borcumuzdur. Qarabağımız hazırda çox sürətlə yenidən qurulur, bərpa edilir. Ölkəmizin dirçəlməsi üçün hər birimiz əlimizdən gələni etməyə borcluyuq”, – deyə Sədr müavini Valeh Hacıyev vurğulayıb.

    Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AK partiya İstanbul Millət vəkili Şamil Ayrım - "Azərbaycanın Zəfər Gününü 83 milyonluq Türkiyə xalqı adından ürəkdən təbrik edirik. Qarabağ Zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə çatdırdı. Bəyannamədə nəzərdə tutulur ki, əgər iki dövlətdən hər hansı birinə qarşı təhlükə hiss edilərsə, Azərbaycan və Türkiyə lazım olanı edəcək. Bununla, Türkiyə ilə Azərbaycan qardaş ölkələr olmaqla bərabər, həm də dost və müttəfiq olduqlarını bütün dünyaya göstərmiş oldular. Azərbaycan-Türkiyə dostluğu hər zaman sülhün və ədalətin tərəfində olub. Bəli, Can Azərbaycanın yeri bizdə bir başqadır. Azərbaycan Türkiyə ilə eyni kökdəndir və eyni bir dildə danışır. Beləliklə, Qarabağ can içində candır, Qarabağ əbədi Azərbaycandır!", - deyə vurğulayıb.

    Kuzey Kıbrıs Türk Cumhuriyəti Prezidenti Ersin Tatar çıxışında bu tarixin Azərbaycan dövləti və bütün Türk dünyası üçün böyük Qələbə olduğunu, eyni zamanda, bu Şanlı Qələbənin memarı Ali Baş Komandan Prezident İlham Əliyevin doğru siyasəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə edildiyini bildirib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksələn xətlə davamlı inkişafı təkcə bu dövlətlərin deyil, ümumilikdə regionun inkişafına və bölgədə sülhün təminatına mühüm töhfələr verməklə yanaşı, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi amilini şərtləndirdiyini qeyd edib. O Bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu.

    Çıxış edən Pakistan dövlətinin İstanbuldakı baş Konsulu Bilal Xan Paşa - Azərbaycan xalqını, Azərbaycan Prezidentini şanlı Qələbə münasibətilə təbrik edib. "Ermənistanın 30 ilə yaxın davam edən işğalına 44 günlük Vətən müharibəsinin son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa olunduğunu qeyd edib. Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əməkdaşlığın dərinləşməsinin vacib olduğunu, beynəlxalq və regional məsələlərdə Azərbaycanın Pakistana verdiyini dəstəyi vurğulayıb. Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və eyni zamanda Pakistanın Azərbaycanı bütün məsələlərdə dəstəklədiyini" qeyd edib.

    Çıxış edən Şəhid polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə, İraq türkləri lideri Erşad Salihi, Mayor Coşqun Quliyev bu möhtəşəm bayram münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və Türk Dünyasını təbrik ediblər.
    "Ermənistanın xalqımıza qarşı apardığı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə apardığı Vətən müharibəsində qazanılan parlaq qələbə, Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsinə dair BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdiyini, Azərbaycan dövlətinin Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi, sülh və barışın bərqərar olması naminə mühüm addımlar atdığını" vurğulayıblar.

    Mərasim əsnasında qonaqlara 30 il sonra Şuşada keçirilən ilk festivalda nümayiş olunan Bayatı Şiraz, Yaddaş filmi təqdim olunub.

    Tədbirin aparıcısı Ülkər Piriyeva Zəfər tarixi ilə bağlı çıxışlarıyla yanaşı, tar müşayiəti ilə “Qarabağ əbədi Azərbaycandır” şeirini səsləndirib.

    Tədbirin bədii hissəsində, Respublikanın Xalq artisti Azərin, Əməkdar artistlər, İslam Manafov, Turan Manafzadə, Günel Zeynalova, Rəvanə Qurbanova Elgün Quliyev Azərbaycanın klassik musiqi əsərlərini səsləndiriblər.

    Sonra Xəzər Azərbaycan xalq rəqsləri və Sənət dərnəyi, Buta instrumental ansamblının ifasında Azərbaycanın milli rəqsləri nümayiş olunub və musiqiləri səsləndirilib.


    Ülkər Piriyeva



































    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR