AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə Azərbaycanlı Diaspor Gənclərinin "Zəfər Görüşü” tədbiri keçirilib – Fotolar – Özəl

  • + A
  • - A
  • 7-11-2021, 00:33


    Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində Azərbaycan Diaspor Gənclərinin Zəfər görüşü tədbiri təşkil olunub.

    Azadmedia.az-ın Türkiyə təmsilçiliyinin verdiyi xəbərə görə, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Türkiyə Azərbaycan Dərnəklər Federassiyasının təşkilatçılığı ilə Azərbaycan Diaspor Gənlərinin Zəfər Görüşü keçirilib.


    Görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini Sədrinin I müavini Valeh Hacıyev, TBMM Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq qrupu başqanı, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Adalet Turan, Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev YAŞAT Fondu Himayəçilik şurasının üzvü, Aprel Şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə, Marmara qrup fondunun rəhbəri, Jurnalist-yazıçı Akkan Suver, Azadmedia.az xəbər portalının Redaktoru, media nümayəndələri və dünyanın 39 ölkəsindən dəvət olunmuş 60-a yaxın gənc iştirak edib.

    İlk növbədə Vətən müharibəsi şəhidlərinin ruhları bir dəqiləlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Cumhuriyyətinin Milli istiqlal marşı səsləndirilib.

    Tədbir rəsmi və bəddi hissədən ibarət olub.

    Rəsmi hissədə çıxışçılar arasında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsini Sədrinin I müavini Valeh Hacıyev, AK Parti İstanbul millət vəkili Şamil Ayrım, YAŞAT Fondu Himayəçilik şurasının üzvü, Aprel Şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə, Marmara qrup fondunun rəhbəri, Jurnalist-yazıçı Akkan Suver yer alıb.

    Qeyd edək ki, “Zəfər Görüşü” tədbirinin aparıcısı Siyasət Bilimci Ülkər Piriyeva olub.

    Xatırladaq ki, Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində keçirilən Zəfər Görüşü tədbirləri 4 Noyabr tarixindən davam edir.

    Ülkər Piriyeva





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR