Ölkənin qərb və cənub istiqamətlərində bir neçə “İsgəndər” raket kompleksinə ehtiyac var.
Azadmedia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Natsionalnaya Oborona" jurnalına müsahibəsində deyib.
"Onların 500 kilometr uçuş məsafəsi var. “Polonez” raketlərimizin uçuş məsafəsi 300 kilometrə qədərdir”, - deyə Lukaşenko bildirib.
O, Minskin Qərblə münasibətlərin pisləşməsi şəraitində Rusiyanın Belarus tərəfini dəstəkləməyə hazır olduğunu vurğulayıb:
“Putinə bunu deyirəm. Əgər çətinliyə düşsəm, bilməliyəm ki, arxamda kiçik qardaşının inciməsinə imkan verməyən böyük bir qardaşım var. Başqa heç nə lazım deyil”.