AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişdi

  • + A
  • - A
  • 16-11-2021, 13:52


    Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraq xarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.

    Agentlikdən verilən məlumata görə, dəyişikliyə əsasən şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməyəcək.

    Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərini xarici dövlətdə fərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.

    Beləliklə, yeni yanaşmaya uyğun olaraq bu günə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR