Azərbaycan Prezidenti İlham Əliyev Uqandaya səfərə dəvət olunub.
Bu barədə Uqandanın yeni səfiri Muhammad Tezikuba Kisambira noyabrın 22-də etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən məlumat verib.
Səfir Prezident İlham Əliyev üçün uyğun vaxtda Uqandaya səfər etməklə bağlı ölkəsinin rəhbərliyinin dəvətini dövlət başçısına çatdırıb.
O həmçinin vurğulayıb ki, Uqanda rəhbərliyi Azərbaycanın bu ölkəyə investisiya yatırmasında maraqlıdır.
Diplomat deyib ki, Uqanda Afrika qitəsində turizm sahəsində ölkəmizin təmsil olunması işinə töhfə verməyə hazırdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.