AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tanınmış uzman-həkim vəfat etdi - FOTO + VİDEO

  • + A
  • - A
  • 24-11-2021, 14:13


    Azərbaycanda tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.

    Bu haqda azxeber.com-a həkimin yaxınları məlumat verib. Məlumata görə, 42 yaşlı həkim onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

    Qeyd edək ki, Azər Əkbərov Azərbaycan Tibb Universiteti, Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O həmin akademiyanı birinciliklə bitirib.

    O Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb.

    Həkim 44 günlük Vətən Müharibəsində də hərbi həkim kimi fəaliyyət göstərib.

    Onun haqda hazırlanan reportajı təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR