AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyada erməni polis rəisi qanunsuz miqrasiyanın təşkilində ittiham olunur

  • + A
  • - A
  • 24-11-2021, 17:47


    Rusiya hüquq-mühafizə orqanları Dolqoprudnı şəhər dairəsinin polis şöbəsinin rəisi, polkovnik-leytenant Karen Sevikyanı qanunsuz miqrasiyanın təşkilində şübhəli bilərək saxlayıb.

    Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti xəbər yayıb:

    “Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin daxili təhlükəsizlik şöbəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz əməl törətməkdə şübhəli bilinən Dolqoprudnı şəhəri üzrə polis şöbəsinin rəisini saxlayıblar. İlkin məlumata görə, adıçəkilən işçi qanunsuz miqrasiyanın təşkilində iştirak edib”.

    Eyni zamanda, əlavə edilib ki, istintaq orqanları toplanmış materiallar əsasında prosessual qərar qəbul edib. Faktla bağlı rəsmi yoxlama təyin edilib:

    “İşçi vəzifəsindən kənarlaşdırılıb. Günahı təsdiqlənərsə, o, neqativ səbəblərə görə daxili işlər orqanlarından xaric ediləcək və qanunla müəyyən edilmiş qaydada cəzalandırılacaq”.

    Bundan əvvəl KİV-də Karen Sevikyanın yeddi Hindistan vətəndaşının Rusiyadan Meksikaya qanunsuz getməsini təşkil etməkdə şübhəli bilinməsi barədə məlumat yayılıb.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR