Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə "Şuşa fatehi" adlı onlayn ədəbi-bədii kompozisiya səhnələşdiriləcək

Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalmış gizir Rəfail Teymur oğlu Hüseynovun əziz xatirəsinə ithaf olunan
"Şuşa fatehi" adlı onlayn ədəbi-bədii kompozisiya səhnələşdiriləcək.
Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı Xalq teatrının səhnə heyəti və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin birgə əməyi ilə hazırlanan teatr kompozisiyası noyabrın 26-da, saat 11:00-da nümayiş ediləcək.
Qeyd edək ki, ədəbi-bədii kompozisiya Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi "Facebook" səhifəsi vasitəsilə canlı yayımlanacaq.
Ülkər Piriyeva
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR