AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir Ceyhun Bayramov Belarus xarici işlər naziri Vladimir Makey ilə görüşüb

  • + A
  • - A
  • 3-12-2021, 10:07




    2 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ilə görüşüb.

    XİN-n Azadmedia.az-a verilən məlumata görə, Nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.

    Tərəflər, ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.

    Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

    Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımılar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb. Nazir Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır olduqlarını ifadə edib.

    Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aprıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR