AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul ilə bağlı imtahan

  • + A
  • - A
  • 3-12-2021, 10:23

    Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul ilə bağlı imtahan
    Dövlət İmtahan Mərkəzi Xarici İşlər Nazirliyi ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

    Azadmedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə imtahan 23 yanvar 2022-ci il tarixində keçiriləcək.

    İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 23.12.2021-ci il saat 10:00-dan 12.01.2022-ci il saat 18:00-dək həyata keçiriləcək. Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

    Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 08.12.2021-ci il saat 10:00-dan 19.12.2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

    Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

    https://exidmet.dim.gov.az/elimt/XINTest/elan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR