AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ötən gün itkin düşən SOCAR əməkdaşının kimliyi məlum olub

  • + A
  • - A
  • 3-12-2021, 10:28



    Azadmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

    Onun sözlərinə görə, itkin düşən şəxs 1972-ci il təvəllüdlü Mürsəl Həsənəli oğlu Namazovdur:

    “Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb.

    Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

    İtkin düşən şəxs elektrik montyorudur, ailəlidir, iki oğlu var”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR