AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Viləş kənd məktəbində Şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun əziz xatirəsi yad edilib

  • + A
  • - A
  • 6-12-2021, 13:51



    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Viləş kənd məktəbində şəhidlər Sehran Hacıyev və Nurlan Əsgərovun xatirəsi yad edilib.

    3 dekabr 2021-ci il tarixdə Masallı rayonunun Viləş kənd tam orta məktəbində şəhidlər-aprel şəhidi Nurlan Əsgərli və şəhid Sehran Hacıyevin doğum günləri ilə əlaqədar anım tədbiri keçirilib.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Viləş ərazi dairəsi üzrə nümayəndəliyi, kənd sakinləri, ağsaqqallar və ziyalılar, şəhidlərin valideynləri, müəllimlər və şagirdlər iştirak ediblər.



    Anım tədbirində Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Masallı Rayon İcra Hakimiyyətinin Viləş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Alim Ələmov hər iki şəhidin keçdiyi qısa, lakin şərəfli ömür və döyüş yolunndan söhbət açıb.



    Qeyd edilib ki, Viləş kənd tam orta məktəbinin məzunları - Milli Ordunun əsgəri Sehran Hacıyev 1994-cü ildə cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə, gizir Nurlan Əsgərov isə 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olublar.

    Viləş kənd tam orta məktəbinə şəhid Sehran Hacıyevin, Nurlan Əsgərovun yaşadığı evin ərazisində yerləşən küçəyə isə şəhid gizirin adı verilib.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən “Yeni həyat” qəzetinin əməkdaşı tədbir keçirilən Viləş kənd məktəbindən xəbər verir ki, xatirə tədbirində çıxış edənlər vətənpərvərlik hissini, şəhidlik məqamını ucalıq, müqəddəslik rəmzi kimi səciyyələndirərək, şəhidlərimizin həyatının böyüməkdə olan gənc nəslə örnək olduğunu diqqətə çatdırıblar. Həmçinin şəhidlərin Qarabağ savaşında göstərdikləri şücaətdən, gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün görülən işlərdən danışıb, ölkəmizdə müharibə iştirakçılarına, əlillərə və şəhid ailələrə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısına dərin minnətdarlıq bildiriblər.

    Tədbirdə Viləş kəndinin yeddi şəhidinin - Seyran Hacıyev, Nurlan Əsgərov, İmran İbrahimov, Füzuli Rzayev, Belim Yevgeniy, Zahir Bəyəliyev, və İslam Abışov kimi dövlətçiliyimiz, müstəqilliyimiz və Vətənimiz uğrunda canlarından keçən övladların heç vaxt unudulmayacağı bildirilib.

    Anım mərasimində məktəblilər şəhidlərə, Vətənə, Ali Baş Komandana həsr olunmuş seirlər ifa edib, hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

    Tədbirin sonunda şəhidlərin məzarları ziyarət edilib.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR