Bu gün Xarici İşlər Nazirliyinin yaydığı xəbəri xalq olaraq hər birimiz razılıqla qarşıladıq, qürurla xarici ölkələrin müxtəlif dillərdə xəbər saytlarında da Azərbaycanın haqq səsinin təsdiqi olan məlum qərarı axtardıq. Bu, səbəbsiz deyil. Çünki illərlə Azərbaycana qərəzli mövqe sərgilənib, Azərbaycana olunan haqsızlıqlara göz yumulub, Azərbaycanın haqq səsini təsdiqləyən bəyənnamələr, qətnamələr illərlə kağız üzərində yerinə yetirilməmiş qalsa da, dünya dövlətləri bu ədalətsizliklərə susqunluq göstərib. Bu sözləri Millət vəkili Məşhur Məmmədov 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etməsi xəbərinə münasibət bildirərək qeyd edib. Bu qərarı cənab Prezident İlham Əliyevin peşəkar və yorulmaz diplomatik fəaliyyətinin nəticəsi adlandıran M.Məmmədov Məhkəmənin əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırmasını 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verdiyini qeyd edib.
Deputat Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və millət vəkili olaraq, vətəndaş olaraq Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır.
Qeyd edək ki, Ermənistan tərəfindən qaldırılan, saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.
Azərbaycanın Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu bildirən millət vəkili qeyd etdi ki, Ədalət Məhkəməsi iştirakçıları yaxşı bilir ki,
Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək: "Münaqişədə və münaqişənin dayandırılmasında maraqlı olan dövlətlər dəfələrlə şahidi olub ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa hazırdır.
Biz dövlət olaraq bundan sonra da Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcəyik. Və tələblərinizin yerinə yetirilməsinə nail olacağıq. Çünki Azərbaycanın səsi haqq səsidir. Azərbaycanda baş verənlər bütün dünyanın diqqət mərkəsəzindədir. Regionda marağı olan dövlətlər Ali Baş Komandan İlham Əliyevin tarixi zəfər qələbəsindən sonra regionda baş verən geosiyasi dəyişikliyi görür və birmənalı şəkildə qəbul edirlər ki, Azərbaycan regionun iqtusadiyyatı güclü söz sahibi olan lider dövlətidir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.