İlham Məmmədov:
DeputatAzərbaycan xalqı helikopter qəzasında şəhid olmuş 14 nəfər hərbi qulluqçusuna qan ağladığı zamanda törətdiyi cinayətə görə qanuni cəzasını almış, heç kəsin yadına düşməyən birinin azadlığa buraxılması uğurunda qanunsuz mintiq keçirən Tofiq Yaqublu və antimilli qüvvələrin əsas məqsədi Azərbaycan dövlətini, gecə-gündüz fədakarlıqla qanunlarımızı qoruyan hüquq mühafizə orqanlarını təxribata çəkməklə güya Azərbaycanda insan hüquq və azadlıqlarının dəhşətli dərəcədə pozulduğunu beynəlxalq səviyyədə qəbul edilməsini təmin etməkdir.
Tofiq Yaqublunun azadlıq tələb etdiyi Saleh Rüstəmov kimdir? Azərbaycan xalqının 1 faizi belə bu insanı tanımır. Onu tanıyanlar ancaq antimilli qüvvələrin nümayəndələridir. Antimilli qüvvələr Saleh Rüstəmovu ortalığa çıxarmaqla öz məqsədləri üçün ondan şou elementi kimi istifadə edirlər.
Sevinc Osmanqızından tutmuş Tofiq Yaqubluya, Əli Kərimliyə, Əli Əliyevə kimi olan antimilli qüvvələr milli dövlətçiliyimiz bərpa edildiyi 30 il ərzində hansı hüququ pozulmuş vətəndaşın hüququnun bərpası uğrunda səslərini çıxarıblar? Ancaq antimilli qüvvələrin nümayəndələrinin müdafiəsi üçün şou göstərən bu ünsürlər Azərbaycanda demokratiyanın, insan hüquqlarının mövcud olmadığını beynəlxalq səviyyədə qəbul etdirmək kimi iyrənc məqsədlərə xidmət edirlər.
Cənab prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən prosesləri əks istiqamətə çevirmək istəyən Tofiq Yaqubluları, Sevinc Osmanqızıları, Əli Kərimliləri yerindəcə susdurmaq lazımdır. Milli və dövlət maraqlarına əks gedənlər kəskin şəkildə cəzalandırılmalıdırlar. Onlara qarşı mübarizə tədbirləri müxtəlif istiqamətlərdə həyata keçirilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.