"Bakıda dələduz qardaşlar - Şahin və Pərviz Rəcəbovlar müxtəlif müəssisə və təşkilatlara hesab-faktura göndərib, daha sonra maliyyə şöbəsinə zəng edərək, təcili ödəniş etməli olduqlarını, ödəniş olunmazsa sayt və mail xidmətlərinin dayandırılacağını qeyd edir".
AzadMedia.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, həmin şəxslər eyni zamanda rəhbərliyin adından istifadə edərək ödənişin razılaşdırıldığını və ödənişin gecikdiyi üçün dərhal edilməli olduğunu qeyd edir.
Hesab faktura dələduzluq vəziyyətindən qorunmaq üçün ifadələr yayındırılmış formada göstərilib. Dələduzluq fəaliyyətinin üstü açıldıqda isə dələduzlar vəziyyətdən çıxmaq üçün təkliflərinin hostinq xidməti deyil sadəcə şirkət məlumatlarının başqa saytda yerləşdirdiklərini (kataloq kimi) və buna görə ödəniş istədiklərini qeyd edirlər.
Vətəndaşlardan və zərərçəkmişlərdən bənzər hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına şikayət etməkləri xahiş olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.