AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı məktəbliləri Respublika üzrə II yerə layiq görülüb - ÖZƏL

  • + A
  • - A
  • 11-12-2021, 12:13



    Masallı məktəbliləri Respublika üzrə II yerə layiq görülüb.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, Dekabrın 10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021”in bağlanış mərasimi keçirilib.

    Respublika üzrə 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.Festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.

    Yarışda Masallı rayon Banbaşı kənd C.Qasımov adına tam orta məktəbin VI sinif şagirdləri Əzizov Tərlan Rizvan oğlu, Əzizov Barış Rövşən oğlu və və layihə rəhbəri məktəbin informatika müəllimi Fidan Abdullayeva 3D CAD kateqoriyası ilə Respublika üzrə II yerə layiq görülüb.

    Əziz məktəblilərimizi Azadmedia.az kollektivi adına təbrik edirik!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR