AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bunları etməsək, daha dözülməz tıxaclar görəcəyik...” – Nəqliyyat eksperti

  • + A
  • - A
  • 13-12-2021, 13:17

    “Bunları etməsək, daha dözülməz tıxaclar görəcəyik...” – Nəqliyyat eksperti

    "Paytaxt yollarında tıxacların səviyyəsi pandemiyadan əvvəlki vəziyyəti keçib. Belə davam etsə, daha dözülməz tıxaclar görəcəyik”.

    Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, təcili olaraq ictimai nəqliyyatın yaxşılaşdırılması, avtobusların yenilənməsi, marşrut sayının artırılması, şəbəkənin genişlənməsi, ictimai nəqliyyata etimadın bərpası üçün işlər görülməlidir:

    "Görüləsi ən vacib işlərdən biri bütün ölkə üzrə, xüsusən də paytaxtda, Gəncədə və Sumqayıtda avtobusların yenilənməsi və saylarının artırılmasıdır. Lakin dizel mühərrikli avtobusların idxalına 2019-cu il yanvarın 1-dən aksiz vergisinin tətbiqi bu tipli avtobusların ölkəyə gətirilməsini xeyli çətinləşdirib. Avtobus parkımızın elektrobuslar və CNG (sıxılmış qaz) ilə işləyən avtobuslar hesabına genişləndirilməsi və yenilənməsi isə kifayət qədər çətin işdir. İctimai nəqliyyatın istismarı ilə bağlı indiki iqtisadi vəziyyətdə fərdi sahibkarların bu sahəyə ciddi yatırım edəcəyini gözləmək əbəsdir. Heç hazırda elektrobusların və CNG ilə işləyən avtobusların geniş istismarı üçün şərait də yoxdur. Yalnız dövlət büdcəsi hesabına bu işin yerinə yetirilməsi isə həm real deyil, həm də səmərəli olmayacaq. Belə olan təqdirdə, yaxın illər üçün hələlik çıxış yolu daha müasir dizel mühərrikli avtobusların gətirilməsidir”.

    Ekspert əlavə edib ki, dizel mühərrikli avtobusların idaxlına tətbiq edilmiş aksiz vergisinin 2022-ci il yanvarın 1-dən ləğvi Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasına daxil edilməlidir:

    "Belə edilməsə, paytaxtın və bütövlükdə ölkənin avtobus parkının yenilənməsi və genişləndirilməsi daha da ləng gedəcək. Onsuz da il ərzində ölkəyə gətirilən avtobusların sayı bir neçə yüz olur. Onlara görə də aksiz çox cüzi bir məbləğ edir və dövlət büdcəsi bundan zərər görməyəcək. Eyni zamanda nisbətən yeni dizel mühərrikli avtobusların idxalının çətinliyi 10-15 ilin dizel mühərrikli, paravoz tüstüsü verən avtobuslarından daha bərk yapışmağa vadar edir. Bu da ekoloji baxımdan daha təhlükəlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR